Qubada tanışını bıçaqlayan şəxs saxlanılıb

28
may
2023
23:59
Mayın 28-də Quba şəhəri ərazisində Elman Muradov münaqişə zəminində tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, S. Ağayev xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E. Muradov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...
