SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yerləşdiyi binada liftin trosunun qırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
 
ANAMA-dan APA-ya bildirilib ki, hadisə dünən axşam saat 18.00 radələrində - işçilər evə gedərkən baş verib. Bu gün mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib.
 
"Müəyyən edilib ki, liftin trosu qırılmayıb. Sadəcə lift normadan çox yükləndiyindən avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə dayana-dayana aşağı enib. Nəticədə əməkdaşlar yüngül xəsarət alıblar”, - deyə ANAMA-dan bildirilib.
 
BAKU.WS