VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS DİN-ə istinadən bildirir ki, oktyabrın 27-də saat 09 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Gülnarə Şirinova idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi, 50-55 yaşlı Dadaş Dadaşovu vurub və nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS