SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

BAKU.WS bildirir ki, yaxınları azadinform-a deyib ki, onun halı saat 23:00 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.

"Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blakada yaranıb", - deyə müğənninin ailə üzvləri deyib.
 
BAKU.WS