Təcridxanada Cahangir Hacıyevin səhhəti qəfil pisləşib

Təcridxanada Cahangir Hacıyevin səhhəti  qəfil pisləşib
Hadisə 1242
 

Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin səhhətində ciddi problem yaranıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə C. Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki. bu gün günorta saatlarında o 1 saylı Bakı İstintaq Təcridxanasında C. Hacıyevlə göeüşərkən müvəkkili özünü qəfildən pis hiss edib: "Bu gün görüşdüm onunla, səhhətində ciddi problemlər var. Görüş zamanı qəfildən halı pisləşdi. Ona ilk yardım etdik, bir müddətdən sonra özünə gəldi. Görüşümüz yarımçıq qaldı. Hökmən müalicəyə ehtiyacı var".

Vəkil bildirib ki, C. Hacıyevin həyatı təhlükə qarşısındadır və o ciddi xəstəliklərdən əziyyət çəkir: "Onun ciddi xəstəlikləri var, son vaxtlar isə bu xəstəliklər onun səhhətinə daha ciddi təsirlər edir. Müalicə olunmasa bu şəxsin həyatı üçün çox təhlükəlidir. Ürək bir anlıq dayanır və sonradan özünə gəlir. Eyni zamanda çox nadir xəstəlik olan Haşimota sindromu var onda. Bu xəstəliklər onun həyatı üçün hər an təhlükə yarada bilər".

A. Layıcov bildirib ki, C. Hacıyevlə görüşü yarımççıq qalıb və o istintaq təcridxanasının tibb məntəqəsinə yollanıb.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS

Oxşar xəbərlər

Hacı Məmmədovdan yeni xəbər var

Hacı Məmmədovdan yeni xəbər var

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Naz...

2780 Hadisə 17:22 04 may 2016

Son xəbərlər