Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

"Report"un Şimal müxbirinin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, rayonun Zarat kənd sakini 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb. Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS