Gömrükdə bəyan olunmamış brend əşyalar müsadirə edildi - FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.
Bu barədə BAKU.WS-ə Komitədən bildirilib.
Məlumata görə, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və yaxud elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar edib
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalç...
