Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.
***10:44
Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq müşahidə olunub.
BAKU.WS-in məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.
“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır. Sistemin donması uzun növbələrə və narazılığa səbəb olub”, - deyə şikayətçi bildirib.
Saatlarla sistemin donmasının davam etməsinə baxmayaraq, sərnişinlərə heç bir melumat verilmir. Bununla yanaşı, təyyarə reyslərində də gecikmələr baş verir.