SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saat 21:40 radələrində Səbail rayonu, Neftçilər prospektində yolun əksinə hərəkət edən 10 ZZ 030 dövlət nömrə nişanlı, "Mercedes S-klass" markalı avtomobil yol polisləri tərəfindən saxlanılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə avtosfer.az saytı yazıb.

Məlumata görə, Bakı Biznes Mərkəzinin qarşısı ilə üzü Kukla Teatrına tərəf yolun əksinə hərəkət edən avtomobil Muzey Mərkəzinin qarşısında 3 Yol-Patrul Xidməti (YPX) avtomobili tərəfindən durdurulub. Sürücü belə hərəkətə yol verməsinin səbəbini izah etməyib. Yol polisləri isə ona 100 manat və 4 cərimə balı tətbiq ediblər. Bundan sonra sürücü gəldiyi yolu geri qayıtmalı olub.

Ziya Səccad
BAKU.WS