18 ton yararsız qənnadı məmulatları məhv edilib
06
sen
2022
17:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18 ton yararsız qənnadı məmulatlarını məhv edib.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
“N.A.N.T” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18440 kq qənnadı məmulatları “Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Oxşar xəbərlər
İstehlaka yararsız balıq məhsulları və alkoqolsuz içkilər məhv edildi - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız və istifadə müddəti bitən, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz içkilər “Təhlükə...