SİZİN REKLAM BURADA!
055 213 76 73


Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O deyib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonunun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqov idarə etdiyi "Hyundai" markalı yük avtomobililə idarəetməni itirib.

Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS