Goranboyda körpə uşaq meyiti tapılıb

29
yan
2023
23:23
Goranboy rayonunda körpə uşaq meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Kəpənəkçi kəndində körpə uşaq meyiti tapılması ilə bağlı məlumat daxil olub.
“Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar aparıb. Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb”, - DİN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
DİN Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib - YENİLƏNDİ
Daxili İşlər Nazirliyi (DİN) Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib. BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xi...
