SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiyanın Surqut şəhərində azərbaycanlı dostunu xilas etmək istəyən rus vətəndaş boğularaq ölüb.
 
BAKU.WS-in məlumatına görə, hadisə QRES su anbarının sahilində qeydə alınıb. Aleksandr Lyapin adlı şəxs dostu Səbuhi Ağayevin boğulduğunu görərək ona yardım etməyə çalışıb. Suya tullanan Aleksandr dostunu çıxarmaq istəsədə buna nail ola bilməyib və özü də boğularaq can verib. Hər iki şəxsin meyiti sudan çıxarılıb. 

Aleksandr Lyapin və Səbuhi Ağayev su anbarında balıqçılıqla məşğul olublarmış. Hadisə şahidlərinin bildirdiyinə görə, onlardan biri sürüşüb və suya düşüb. Daha sonra digər balıqçı da suya tullanıb. Ancaq axın güclü olduğu üçün hər iki balıqçı boğulub. 

Qeyd edək ki, balıqçıların ailəsi hələ bir gün əvvəl cəsədi tapılmayan yaxınlarına görə, şəhər administrasiyasının binasının yanında mitinq keçiriblər. Ailələr Surqut şəhəri administrasiyasından su anbarında itkin düşən yaxınlarını tapmağı tələb ediblər. 
 
ŞAHİN Həbibov
BAKU.WS