Azərbaycanda təcili yardım maşını aşıb, 5 nəfər xəsarət alıb - FOTO

Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.
Qəza nəticəsində 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri -1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...
