VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib.

BAKU.WS publika.az-a istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.
 
BAKU.WS