Bakı-Sumqayıt yolundakı qəzada yaralıların sayı 11 nəfər olub.
BAKU.WS-in məlumatına görə, yaralılardan 10-u Sumqayıt şəhər Təcili və Tibbi Yardım Xəstəxanasına, biri isə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan yaralı 56 yaşlı Elza Huseynovadır. Sumqayıt xəstəxanasına yerləşdirilən yaralılardan biri Ofeliya Məmmədova dünyasını dəyişib.
Yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlardan bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.
Qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.
Ziya Səccad
BAKU.WS