SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəkidə 43 yaşlı kişi  ayı hücumuna məruz qalıb.  

ARB Şəki xəbər verir ki, hadisə rayonun Baş Şabalıd kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağlıq meşəlik ərazidə özünə məxsus şabalıd sahəsinə gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edib.  
Zərərçəkən hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə qarşı peyvənd edilib. 

BAKU.WS