Bir nəfər evdə yanaraq öldü

05
dek
2022
22:12
Qusar şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.
BAKU.WS xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Sumqayıtda evdə tək olan iki azyaşlının yanaraq öldüyü yanğınla bağlı TƏFƏRRÜATLAR - YENİLƏNİB - VİDEO
Sumqayıtda dəhşətli yanğın hadisəsi baş verib. Kimyaçılar qəsəbəsində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Məlumata görə, ail...