Azərbaycanda dəhşətli hadisə - Yataq xəstəsi yanaraq öldü

Azərbaycanda dəhşətli hadisə - Yataq xəstəsi yanaraq öldü
Hadisə 76

Bərdə şəhərində ümumi sahəsi 342 kv.m olan ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 kv.m sahədə, bitişik ümumi sahəsi 18 kv.m olan taxta konstruksiyadan ibarət talvar yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada güclü yanğın - YENİLƏNİB

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada güclü yanğın - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. FHN-in Mətbuat xidməti BAKU.WS-ə bildirib ki, Sumqayıt şəhərində məcbu...

526 Hadisə 11:20 08 fevral 2021

Son xəbərlər