Ağdaşda dəhşətli yanğın - qadın yanaraq öldü

Ağdaşda dəhşətli yanğın - qadın yanaraq öldü
Hadisə 76

Ağdaş rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər

Azərbaycanda DƏHŞƏT: İki nəfər yanaraq öldü

Azərbaycanda DƏHŞƏT: İki nəfər yanaraq öldü

Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Bu barədə BAKU.WS...

294 Hadisə 09:06 19 fevral 2022

Son xəbərlər