SİZİN REKLAM BURADA!
055 213 76 73


FHN-in 112 qaynar xəttinə İmişli rayonunun Qaralar kəndində məktəbin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

***18:02

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir.

Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.

BAKU.WS
QALEREYA