Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, dekabrın 5-i saat 12:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
Oxşar xəbərlər
May ayı üçün gözlənilən hava PROQNOZU
May ayı üçün gözlənilən hava proqnozu açıqlanıb. BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, may ayında havanın orta aylıq temperaturu...
