SİZİN REKLAM BURADA!
055 213 76 73


Səs yazısı yayılan Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru ilə bağlı qərar verilib.

BAKU.WS xəbər verir ki, bu barədə “kent.az”a Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məlumat verib.

Onun sözlərinə görə, məktəb direktoru Oqtay Şıxıyevin fəaliyyətinə xitam veriləcək:

“Direktor idarəyə çağırıldı. Onun bu məsələ barədə izahatı alındı. Yayılan səs yazısı ötən ilə aiddir. Bu il Oqtay Şıxıyevin 65 yaşı tamam olduğu və direktorlarla bağlı 1 illik bağlanan müqaviləsi bitdiyi üçün onun işinə dekabrın 31-i xitam veriləcək”.

***15:12

Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir.

Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir.

Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov bildirib ki, səsyazısı yayılan direktor regional təhsil idarəsinə çağırılıb.

O qeyd edib ki, hazırda direktorun izahatı alınır:

“Günün sonunadək məsələyə rəsmi münasibət bildiriləcək”.

Həmin səsyazısını təqdim edirik:

BAKU.WS
VİDEO