17 yaşlı oğlan anasını bıçaqlayaraq qətlə yetirdi

31
mar
2025
21:01
Abşeronda 39 yaşlı qadın qətlə yetirilib.
BAKU.WS Xezerxeber.az-ıa istinadən xəbər verir ki, hadisəni törətməkdə onun 17 yaşlı oğlu Səid Əliyev şübhəli bilinir.
Şahidlərin sözlərinə görə, yeniyetmə oğlan anasını bıçaqlayaraq öldürüb. İddiaya görə, Rəfiqə Əliyeva həyat yoldaşı ilə uzun müddətdir ayrı yaşayırmış.
Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Səid Əliyev artıq istintaq çərçivəsində ifadə verib. O, hadisə yerinə gətirilib və cinayətin bütün təfərrüatları araşdırılır.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda polisə müqavimət göstərən narkotacir ZƏRƏRSİZLƏŞDİRİLDİ
İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqav...
