5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb. 
 
BAKU.WS-in əldə etdiyi məlumata əsasən hadisə Neftçilər metrosu yaxınlığındakı ayaqqabı mağazalarından birində qeydə alınıb. 
 
Belə ki, mağazaya daxil olan bir gənc özünə ayaqqabı seçib. Sakitcə köhnə ayaqqabılarını çıxaran oğru yenisini geyinərək mağazadan çıxıb. 
 
Hadisənin üstü ayaqqabı mağazasının sahibinin təhlükəsizlik kamerasına baxmasından sonra açılıb. Qəribə olay mağaza sahibini xeyli heyrətləndirib. 
 
Şahin Həbibov
BAKU.WS