SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında xəsarət alanların durumu açıqlanıb.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

***22:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

*** 21:41

Xırdalanda partlayış baş verib.

BAKU.WS xəbər verir ki, hadisə “AAAF” parkda yerləşən binadakı mənzillərin birində olub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

BAKU.WS-in qaynar xəttinə verilən məlumata görə partlama nəticəsində 3-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Bundan başqa, partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA