Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
İlkin məlumata görə, VAZ-2106  və "Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.
 
Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS