SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunun Yolqulular kəndində tövlə və ot tayası yanıb, bir nəfər tüstüdən zəhərlənib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Goranboy rayon Yolqulular kənd sakini, 1981-ci il təvəllüdlü T.Hüseynova məxsus fərdi evin həyətində olan tövlədə və dama yığılmış ot tayasında başvermiş yanğın zamanı onun qardaşı, 1986-cı il təvəllüdlü S.Hüseynov tüstüdən zəhərlənib.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, hadisə zamanı ailənin daha bir neçə üzvü həyəcan keçirdiklərinə görə özlərini pis hiss ediblər. Onlara isə ambulator yardım göstərilib.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS