Sevgilisi ilə dalaşdı, qaçarkən faciəvi şəkildə öldü

Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də, gecə 02 radələrində Xətai rayonu, Ağ şəhər ərazisində baş verib.
1994-cü il təvəllüdlü A.Cəfərova Ağ şəhər yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı şəxslə görüşüb və onların arasında münaqişə baş verib. Bu zaman 28 yaşlı qız qaçaraq yaxınlıqda tikilməkdə olan binaya çıxıb. O, ikinci mərtəbədə olarkən ayağının altındakı taxta sınıb və aşağı mərtəbəyə yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Cəfərova orada vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
