SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı metrosunda sərnişinlər xəsarət alıblar.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.

BAKU.WS