Bakıda iki piyadanı vuran taksi digər avtomobillə toqquşub

Bakının Xəzər rayonunun Binə qəsəbəsində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan 20 yaşlı İbadov Məhəmməd Fərrux oğlunu və 29 yaşlı Hüseynova Saray Akşin qızını vurub.
Daha sonra sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini digər avtomobilə çırpıb. Nəticədə digər avtomobildə olan iki nəfər də xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...
