13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Siyəzəndə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib.

BAKU.WS unikal-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Elvin Əliyev (soyadlar şərtidir) 2006-cı il təvəllüdlü Zəhra Hüseynova ilə tanış olduqdan sonra telefonda mesajlaşmağa başlayıb.

Zəhra onun üçün elçi gəlməli olan Qədir adlı şəxslə ailə həyatı qurmaq istəmədiyi üçün 19 mart 2022-ci il tarixdə Bakı şəhərindəki avtovağzalda Elvinlə görüşüb. Onlar birlikdə Siyəzən şəhərinə yollanıblar. Orada Elvin Zəhra ilə cinsi əlaqədə olub. O, əməlini məhkəmə iclasında da etiraf edib.

Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Elvin Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS