VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ata qızının üzünə sulfat turşusu tökərək onu yandırıb. Hadisə Paytaxtın Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, döngə 1, ev 66 ünvanında baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı zərərçəkənin həyat yoldaşı Elnur Əhmədov Baku TV-yə bildirib ki, qayınatası İldız İbayev səhər saat 9 radələrində onların yaşadığı ünvana gələrək qızı Yeganə Əhmədovanın üzünə sulfat turşusu töküb.

E.Əhmədovun sözlərinə görə, yoldaşı Yeganə Əhmədova uşağı bağçaya apararkən həyətin qapısını açanda əskiyə yandırıcı maddə tökərək hazır vəziyyətdə əskini onun onun ağzına sıxıblar. Y.Əhmədova müqavimət göstərdikdə onu buraxıblar.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Y.Əhmədovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO