Nərimanovda sağlam ağaclar niyə kəsilir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Dünən paytaxtın Nərimanov rayonu ərazisində ağacların kəsilməsi hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər saytın "qaynar xətt"inə daxil olub.
Vətəndaşlar iddia edirlər ki, sağlam ağaclar hansısa qurum tərəfindən kəsilir.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində ağacın kəsilməsi ilə bağlı xidmətə daxil olan şikayət yerində araşdırılıb və məlum olub ki, sözügedən ünvanda ağac kəsintisi deyil, ətrafdakı evlərə təhlükə yaradan qovaq ağacının budanması həyata keçirilib:
"Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Nərimanov Rayon Bələdiyyəsi tərəfindən sözügedən ünvandakı qovaq ağacının sakinlərə və evlərə təhlükə yaratması ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentliyin rəyi əsasında ağac Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən budanıb".
Oxşar xəbərlər
Bakıda ağacların kökündən çıxarılması ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
Səbail Rayon İcra Hakimiyyəti rayon ərazisində yol kənarındakı ağacların kəsilməsi xəbərlərinə münasibət bildirib. BAKU.WS-in məlumatına görə, qurumdan Oxu.Az-ı...