Füzulidə yük avtomobili maşına çırpılıb, ölən var

23
sen
2022
09:18
Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobillə toqquşub.
Zərbənin nəticəsində "Daewoo" aşıb. Minik avtomobilinin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Lift müdirinin qızının keçmiş və yeni əri arasında QANLI DAVA: "Gəlməyən kişi deyil..."
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib.BAKU.W...