VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, bir otağında bir ədəd yastıq və dəhlizdə bir ədəd döşək yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı altı kvadratmetr sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***20:51

Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzilin mətbəxində yanğın baş verib.

Bu barədə BAKU.WS-ə FHN-nin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, digər otaqlar yanğından mühafizə olunub.

***20:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS