VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonunda avtomobil işıq dirəyinə çırpılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. O, sükana nəzarəti itirərək maşını yüksək sürətlə işıq dirəyinə çırpıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində işıq dirəyi sıradan çıxıb. Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

BAKU.WS
QALEREYA