VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Türkiyədə PKK terrorçularının hücumları davam edir.

Sentyabrın 13-ü səhər saatlarında Şırnakda PKK-çılar polis nəzarət məntəqəsinə gətirdikləri bomba yüklü avtomobili partladıblar.
 
Şiddətli partlayış nəticəsində avtomobil parçalanıb, iki polis şəhid olub, beşi yaralanıb. Yaralılar Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.
 
Helikopterlərin dəstəyi ilə terrorçulara qarşı həyata keçirilən əməliyyat nəticəsində iki PKK terrorçusu məhv edilib. Qaçan digər PKK-çıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.    
 
Diyarbəkirdə isə bir polis şəhid olub.
 
Silvan qəsəbəsində küçələrdə qazılmış xəndəkləri doldurmağa gedən polis heyətinə bir qrup PKK-çı tərəfindən raket atanlar və avtomatlardan atəş açılıb.  
 
Nəticədə bir polis şəhid olub, bir polis və bir mülki şəxs isə yaralanıb.
 
Hücum edən PKK-çıların zərərsizləşdirilməsi üçün qəsəbədə genişmiqyaslı əməliyyat keçirilir.
 
APA
BAKU.WS