Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev bu gün Tiblisi prospektində baş verən hadisə ilə bağlı açıqlama verib.
 
"Qafqazinfo”ya danışan Rəşadət Babayev bildirib ki, həmin ərazidə dayanma durma nişanı qoyulub:
 
"Bankın işçiləri istəyirdilər ki, nişan olmasın və istədikləri yerdə maşınlarını saxlasınlar. Mən də sürücüyə demişəm ki, maşını ordan götürsün. Sürücü də maşını götürmək istəmədi. Bununla bağlı tədbir görülməsini istədim. Orada yazılıb ki, guya hamilə qadına qarşı hansısa hərəkətlər edilib. Yalan yazıblar. Orada heç bir insident olmayıb. Əgər olsaydı, şikayət edilərdi”.
 
Qeyd edək ki, Bakıda yol polisi ilə sürücü arasında baş verən mübahisənin görüntüləri yayılıb.  
 
BAKU.WS