16 yaşlı Nuranəni öldürüb Kürə atan əri HƏBS EDİLDİ

16 yaşlı Nuranəni öldürüb Kürə atan əri HƏBS EDİLDİ
Hadisə 502

Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə barədə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Sabirabad rayon məhkəməsi S.Talıbzadə barədə həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxıb. Təqdimat təmin edilib və S.Talıbzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var

Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barə...

30 Hadisə 20:17 31 mart 2026

Son xəbərlər