13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bir neçə gündür ölkənin şimal və şimal-qərb rayonlarında müxtəlif miqyaslı yanğınlar qeydə alınıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Quba, Şabran, Qusar, Qəbələ, Zaqatala və digər ərazilərdə baş vermiş yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki Müdafiə Qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları iştirak edir.Yanğınlar, əsasən, çətin keçilən relyefdə, yüksək dağlıq ərazidə qeydə alınıb.

Havanın isti və küləkli olması yanğın ocaqlarının az müddətdə geniş ərazilərə yayılmasına, lokallaşdırılmış yerlərdə isə alovun yenidən baş qaldırmasına səbəb olur.

FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Şəxsi heyətlə yanaşı, FHN-in yanğınsöndürmə texnikaları, “BE 200 ÇS” amfibiya təyyarəsi və helikopterləri də yanğınların qarısının alınmasına cəlb olunub.

Səfərbər olunmuş yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirirlər.

BAKU.WS
VİDEO

QALEREYA