Bakıda ambulans qəzaya uğrayıb, həkim xəsarət alıb - FOTO

18
avq
2022
08:35
Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, dövlət qeydiyyat nişanı olmadan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.
Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.
Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aprır.
Qalereya
Oxşar xəbərlər
Rəşid Behbudovun anım günüdür
SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun anım günüdür. Görkəmli Azərbaycan müğənnisi 1915-ci ilin 14 dekabrında Ti...
