Bakıda avtomobillə moped toqquşub, sürücü ölüb

13
avq
2022
15:17
Bakıda avtomobillə moped toqquşub, sürücü ölüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə avqustun 12-si saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun idarə etdiyi moped toqquşub. Nəticədə Q.Əhmədov hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda üç uşaq atası 9 yaşlı qızı zorladı – 10 manat borca görə
Şirvan şəhərində azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qismət Panalizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şirvan...