VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə deyib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

***14:01

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüblər.

BAKU.WS xəbər verir ki, bu barədə Sfera.az məlumat əldə edib.

Qeyd edək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr “Mercedes Gelandewagen” markalı, 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilindən düşərək polis əməkdaşlarına hirslənib.

Səfər Mehdiyev onu saxlayan polisə: “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” - dediyi görünüb. Yol polisi isə ona: “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz”, - cavabını verib.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

BAKU.WS
VİDEO