Nömrənin üstünü örtən sürücülər saxlanıldı - FOTO

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobili sürücüləri saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bildirilib ki, “KamAZ” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu idarə etdikləri nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma zamanı, həmçinin sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı müəyyən edilib.
Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq tədbirlər görülüb.
Qalereya
Oxşar xəbərlər
Sumqayıt-Bakı avtobusunun sürücüləri saxlanıldı - Narkotik çəkib sürürlərmiş - VİDEO
Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücülərinin narkotik çəkərək maşını idarə etdiyi aşkarlanıb. DİN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məluma...