Nəbatat Bağında yanğın olub (FOTO)

Nəbatat Bağında yanğın olub (FOTO)
Hadisə 1162

  Bu gün saat 13:30 radələrində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında yanğın baş verib. BAKU.WS-in məlumatına görə, yanğın nəticəsində bağın təxminən 15 sota yaxın ərazisində, ağac olmayan açıq və quru otluq sahəsi yanıb. Müdafiə Nazirliyinin bağın yaxınlığında yerləşən ərazisindən başlayan yanğın hava küləkli olduğuna görə  qısa müddətdə digər ərazilərə də yayılıb. Mərkəzi Nəbatat Bağının kollektivi səfərbər edilərək yanğını söndürməyə çalışıblar. Eyni zamanda, əraziyə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının qarşısı alınıb.   Sözügedən hadisə nəticəsində bağın yaşıllıq zolağına heç bir zərər dəyməyib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakı Dəniz Limanında güclü yanğın (VİDEO)

Bakı Dəniz Limanında güclü yanğın (VİDEO)

Bu gecə Bakı Dəniz Limanında güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın bin...

1569 Hadisə 09:08 07 sentyabr 2015

Son xəbərlər