VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şəkinin Şirinbulaq kəndi ərazisində taxıl sahələrində bu gün başlayan yanğın küləyin təsiri ilə güclənərək yaşayış evlərinə yan alıb.

BAKU.WS Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, nəticədə Abdullayev Xalid Abdul oğluna məxsus ümümi sahəsi 60 m² olan olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlaması və tövlədə olan 1 m³ taxta materialları yanıb. Bundan başqa, kənd ərazisində olan ot tayaları da yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə bölməsinin texnikaları və canlı qüvəsi cəlb olunub.

Yanğında zərərçəkən X.Abdullayev bildirib ki, 2 maşın ot yanıb: "Qoyunlar tələf olub. Yarısını çıxardım, yarısı içəridə qaldı. Qapını açıq qoyduq ki, iylənməsin".

Yanğın küləyin təsiri ilə gecə saatlarında rayonun Təpəcənnət kəndi istiqamətində irəliləyib və kənddəki yaşayış evləri üçün təhlükə yaradıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə kənd camaatının da səyi ilə gecə saatlarında yanğının güclənməsinin qarşısı alınıb, digər tikililər mühafizə olunub. Ümumilikdə, 60 ha biçilmiş taxıl sahəsi, 500 hektar dağlıq ərazi yanıb.
 
BAKU.WS