13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Şəki şəhərində sağlamlıq imkanları məhdud olan 21 yaşlı M.A.-nın cinsi zorakılığa məruz qalması iddia edilib.

Bildirilib ki, qız hamilədir və kirayə qaldığı evdən atılıb.

Eyni zamanda, qeyd edilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları qızı sığınacağa yerləşdirməkdən imtina edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 21 yaşlı qızın zorlanması ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Zəruri ekspertizalar təyin olunub və faktla bağlı istintaq araşdırmaları davam etdirilir. Polis Şöbəsi tərəfindən qadının sığınacağa yerləşdirilməsindən imtina edilməsi ilə bağlı iddialar isə əsassızdır. Belə ki, xanımın şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından hazırda həmin sənədlərin hazırlanması üçün müvafiq işlər aparılır”.

BAKU.WS