Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.
1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda musiqiçinin xanımı intihar etdi - Ərinə xəyanətinin üstü açıldığı üçün
Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Yaqub Qurbanov 1993-cü il təvəllüdlü həyat yoldaşı Aynurənin intihar etməsinə səbəb olub. BAKU.WS “teleqraf.com”a is...
