Kürdə 16 yaşlı gənc batdı

Kürdə 16 yaşlı gənc batdı
Hadisə 65

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyini (FHN) məlumat yayıb.

"112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər